Xəbər lenti

Siyarto Zelenski və fon der Lyayeni Avropaya qarşı sui-qəsddə ittiham etdi
Dünya 22:50 15.06.2025

Siyarto Zelenski və fon der Lyayeni Avropaya qarşı sui-qəsddə ittiham etdi

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ukrayna prezidenti Volodimir Zelenskini Mərkəzi Avropa ölkələrinin iqtisadiyyatını dağıtmaq və ümumilikdə Avropa iqtisadiyyatına yeni zərbə vurmaq planı hazırlamaqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə MTI agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, Avropada təbii qazın qiyməti artıq ABŞ-la müqayisədə iki-üç dəfə, elektrik enerjisinin qiyməti isə Çinlə müqayisədə dörd-beş dəfə bahadır. Siyarto bildirib ki, Avropa iqtisadiyyatının son illərdə rəqabət qabiliyyətinin azalmasının əsas səbəbi enerji qiymətlərinin artması və Brüsselin sanksiya siyasətidir.

"Son üç ildə prezident Zelenski Avropa İttifaqından Rusiyadan təbii qaz, neft və nüvə yanacağı alışına qadağa qoyulmasını israrla tələb edir”, deyə nazir vurğulayıb.

Siyarto əlavə edib ki, Ursula fon der Lyayen hazırda Zelenskini hər zamankından daha qətiyyətlə dəstəkləyir və Brüssel də Ukraynaya dəstəyini davam etdirir. Onun sözlərinə görə, bu siyasətin nəticəsində macar xalqını Ukraynaya dəstəyin əvəzini ödəməyə məcbur etmək istəyirlər.

Nazir bildirib ki, fon der Lyayen-Zelenski planı təkcə Macarıstan üçün deyil, həm də Slovakiyanın enerji təchizatı üçün ciddi risklər yaradır. O qeyd edib ki, gələn həftə Lüksemburqda keçiriləcək Avropa İttifaqının Enerji Şurasının iclasında Macarıstan və Slovakiya bu plana qarşı birgə çıxış edəcəklər.

Siyarto vəd edib ki, Macar ailələrinin və vətəndaşlarının yalnız fon der Lyayenin tələblərinə uyğun olaraq Rusiyadan enerji alışının dayandırılması səbəbilə daha yüksək kommunal xərclər ödəməsinə imkan verməyəcəklər.

Sanksiyalarla bağlı danışan nazir Brüsseli Avropa qaydalarını pozmaqda və Macar xalqını Ukraynaya dəstəyin yükünü daşımağa məcbur etməkdə günahlandırıb.

"Onlar yalnız macar xalqını Ukraynaya dəstək üçün pul ödəməyə məcbur etmək istəmirlər, həm də kommunal xərcləri ikiqat və ya üçqat artırmaq, eyni zamanda Macarıstana qarşı hüququn aliliyi adı altında tədbirlər görmək üçün Avropa qaydalarını kobud şəkildə pozurlar", deyə Siyarto əlavə edib.

Ukrayna və Macarıstan arasında münasibətlər

Bir müddət əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukrayna tərəfini açıq və kobud hədələrlə ittiham etmişdi. Onun sözlərinə görə, bu açıqlamalar şantaj xarakteri daşıyırdı. O həmçinin bildirmişdi ki, ukraynalılar Macarıstana minnətdar olmalıdırlar, çünki ölkəsi onların qaçqın kimi keçidinə imkan verib.

Zelenski isə bəyan etmişdi ki, Macarıstanın Milli Təhlükəsizlik Xidməti (KNBSZ) Ukrayna ərazisində hava hücumundan müdafiə sistemləri və hərbi bölmələrin yerləşmə yerləri ilə maraqlanıb. O, əlavə edib ki, macar xidmət orqanları Zakarpatya əhalisinin Macarıstan sülhməramlılarına münasibətini öyrənməyə cəhd edib. Zelenski NATO nümayəndələrindən bu mövzuda izahat istədiyini, lakin Budapeştlə bu barədə heç bir razılaşma olmadığını bildiriblər.

Orban buna emosional cavab verərək bəyan etmişdi: "Ukrayna prezidenti bizə hücum edir, çünki biz Ukrayna uğrunda ölmək istəmirik. Biz istəmirik ki, övladlarımız cəbhədən tabutda qayıtsın və macarların pulu Ukraynaya getsin!"

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->