Siyəzən Rayon İcra Hakimiyyəti Siyəzən şəhərinin küçə və məhəllələrində görüləcək abadlıq işləri satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Safari” MMC seçilib. Abadlıq işlərinə görə, şirkətə 520 028,67 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 23 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Mübariz Verdixanova gəlincə, o, "tender kralı” kimi tanınır. Onun adına daha iki sirli şirkətin olması bu iddiaların doğruluğuna şübhələri artırır.
Mübariz Verdixanov "Safari” MMC-dən başqa "Safari Bak Upak” MMC-nin və "Pioneer” MMC-nin qanuni təmsilçisidir.
Maraqlıdır ki, mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir. Bəzi iddialara görə, "Safari” MMC də adıçəkilən şəxslərin nəzarətində olan şirkətdir.
Seyid
Şərhlər