Xəbər lenti

Skuterə görə xanım sərnişini söydü -
Ölkə 12:12 09.08.2025

Skuterə görə xanım sərnişini söydü - "Bolt" sürücüsü həbs edildi

Bakıda xanım müştərini söyərək təhqir edən "Bolt" taksi sürücüsü inzibati qaydada həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Leyla adlı sərnişinin BYD markalı avtomobilə minməsi ilə başlayıb.

Leyla "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişə uyğun olaraq ünvana 1997-ci il təvəllüdlü, Bakıda anadan olmuş C.V. adlı sürücü gəlib. Müştəri uşağının skuterini avtomobilin yük yerinə yerləşdirib və arxa oturacaqda əyləşib.

Sürücü skuteri yükləyərkən avtomobilin cızıldığını iddia edərək sərnişini aparmaqdan imtina edib və əsəbi şəkildə maşından düşməsini tələb edib. Müştəri isə heç bir ziyan vurmadığını və sifarişin ünvana çatdırılmalı olduğunu bildirib.

Daha sonra hər iki tərəf avtomobildən düşüb və aralarında mübahisə yaranıb. C.V. küçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədərək sərnişini təhqir edib. Leylanın sözlərinə görə, ətrafdakı şəxslər sürücünü ondan uzaqlaşdırmasaydı, fiziki zorakılığa da əl ata bilərdi. Zərərçəkmiş qadın sürücüdən şikayətçi olub və barəsində ciddi tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ("Xırda xuliqanlıq”) üzrə təqsirli bilinərək, 5 gün inzibati həbs cəzası alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->