Sağlamlıq 16:53 07.05.2022

Son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.
 
Bu gün 3 565 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 358, ikinci doza vaksinlərin sayı 399 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 507-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 301 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 666 575, birinci doza peyvəndlərin ümumi sayı 5 341 671, ikinci doza vaksinlərin sayı 4 841 925 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 241 601, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 241 378 300 olub.