Müharibə hər zaman tarixdə və onu yaşayan insanların yaddaşında dərin iz buraxıb. Bu baxımdan II Dünya müharibəsi xüsusi yer tutur – həmin döyüşlərə saysız-hesabsız ölkələr və insanlar cəlb olunmuşdu.
Qaynarinfo "Unian"a istinadən əsgərlərin müharibə dövründə nə yediyi və onların gündəlik rasionunun necə formalaşdığı barədə məlumatları təqdim edir.
Müharibə illərində qidalanma
Sovet ordusunda qidalanma normaları 1941-ci ildə müəyyən olunmuş və bütün müharibə dövrü ərzində dəyişməz qalmışdı. Əsgərin aldığı gündəlik kalori miqdarı xidmət etdiyi yer və vəzifəsindən asılı idi. Ümumilikdə bu göstərici 2600-dən başlayaraq 4000 kaloriyə qədər çatırdı.
Piyada, tank və artilleriya bölmələrinin hərbçiləri ən azı 3450 kalori qəbul etməli idilər. Əgər hissə arxa cəbhəyə keçirilirdisə, bu miqdar 3000 kaloridən az olurdu.
Ən çox kalori dəniz və aviasiya qüvvələrinin şəxsi heyətinə verilirdi. Pilotların rasionu 4712 kalori təşkil edirdi və bu, ən "imtiyazlı” hesab olunurdu.
İkinci dünya müharibəsi illərində sovet əsgərlərinin yeməyi
Əsas qida məhsulları müxtəlif yarmalar, konservləşdirilmiş ət (tuşonka), makaron, çörək, kartof, duz və şəkər idi. Balıq yalnız cəbhə dəniz sahillərinə yaxın olduqda menyuya daxil edilirdi. Digər hallarda ət üstünlük təşkil edirdi.
Müharibədən əvvəl dövlət anbarlarında çoxlu miqdarda ət konservi ehtiyatı yaradılmışdı. Lakin onların əksəriyyəti Avropa hissəsində yerləşdiyindən, düşmən tərəfindən tezliklə ələ keçirilmişdi. Sovet əsgərləri son tuşonka ehtiyatlarını 1942-ci ildə istehlak ediblər. Daha sonra bu çatışmazlıq "lend-liz" proqramı çərçivəsində ABŞ tərəfindən təmin olunub.
İdeal halda, gündə bir banka tuşonka üç-dörd əsgərə çatmalı idi, lakin təcrübədə bu, çox zaman mümkün olmurdu.
Müharibə dövründə əsgərlərin gündəlik payı belə olub:
*150 qram ət
*320 qram tərəvəz
*170 qram makaron və ya dənli
*800 qram (yayda) və ya 900 qram (qışda) çörək
*500 qram kartof
*50 qram yağ
*100 qram balıq
*35 qram şəkər
Zabitlərə əlavə olaraq 20 qram peçenye, 40 qram donuz yağı və ya bitki yağı, eləcə də 50 qram balıq konservi verilib.
Xüsusi qoşun hissələrinin rasionu bir qədər fərqli olub. Məsələn, sualtı donanma heyətinə oksigen çatışmazlığını kompensasiya etmək üçün kələm turşusu, duzlu qida və soğan veriliv.
Tank və aviasiya bölmələrində isə qida ehtiyatı fövqəladə hallar üçün formalaşdırılıb. Bu bölmələr bir neçə gün ərzində müstəqil yaşamaq üçün konservləşdirilmiş ət, şokolad və peçenye ilə təmin olunub
Quru pay – yəni konserv, suxari və qaletdən ibarət ehtiyat rasion – "toxunulmaz ehtiyat” sayılıb. Onun bir neçə günə çatacağı nəzərdə tutulsa da, çox vaxt daha tez tükənib.
Sülh dövründə qidalanma
Müharibədən sonra yeni qidalanma qaydaları – "Norma №1” tətbiq edilib. Bu dövrdə hərbi qulluqçuların gündəlik kalori qəbulu təxminən 3600 olub.
Əsgərlərə gündə üç dəfə isti yemək verilməli idi. Rasiona daxil edilən əsas məhsullar bunlar olub:
*150 qram ət və ya 112 qram ət konservi
*100 qram balıq və ya 60 qram balıq konservi
*120 qram dənli (düyü, qarabaşaq, arpa və ya darı)
*30 qram kərə yağı və ya marqarin
*600 qram kartof, 130 qram kələm, həmçinin yerkökü, soğan və çuğundur
*350 qram çovdar-buğda və 400 qram buğda çörəyi
*70 qram şəkər
*ədviyyatlar və vitaminlər
Sülh dövründə quru pay da yenilənib – ona qatılaşdırılmış süd, meyvə şirələri, şəkər və çay əlavə olunub.
Aydın
Şərhlər