Xəbər lenti

Video 09:18 18.03.2024

Soyuq bir məzara həsrət qalan Cavadovlar ailəsi... (VİDEO)

Xocalıda kütləvi məzarlıqda nəşinin qalıqları tapılanlardan biri də onun atası Əli Cavadovdur. Ata adı onun üçün ən ülvi və ən yaralı yeridir.

Əli Cavadovun nəşinin qalıqları Xocalıda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aşkar edilib. Xocalı sakinin ailəsi hazırda Goranboy rayonunda məskunlaşıb. 3 qız, 3 oğul atası olan Əli Cavadov 39 yaşında şəhid olub.

Xocalı sakini Südabə Cavadova isə deyir ki, Xocalı ona iki dağ boyda dərd qoyub. Həyat yoldaşı Əli Cavadovla birgə qardaşını da itirib.

Qeyd edək ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xocalıda kütləvi məzarlıqda qalıqları tapılanlardan 8 nəfərin şəxsiyyəti müəyyən edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->