Xəbər lenti

İdman 16:13 22.02.2024

"Sumqayıt"dan növbəti transfer

2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” Cordan Rezabala ilə müqavilə imzalayıb.
 
Qaynarinfo-nun məlumatına görə, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Ekvador komandası "İndependyente”nin yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin digər təmsilçisi "Quayakil Siti”də çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->