AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçririlib.
	
Qaynarionfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən matçlardakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
	
"Sabah” – "Kəpəz” oyununda "Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
 
	
"Sumqayıt” – "Turan Tovuz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə "Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
	
"Sumqayıt” – "Turan Tovuz” oyununun 2-ci hissəsi "Sumqayıt” klubunun meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün "Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
	
Səbuhi Həsənov
             
            
Şərhlər