Xəbər lenti

Qərb derbisində
İdman 16:00 19.12.2025

Qərb derbisində "Turan Tovuz" sevindi

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start verilib.

Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə səfərdə "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar.

"Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->