Xəbər lenti

Suraxanıda evdə partlayış: Bir nəfər ölüb, bir nəfər xəsarət alıb (VİDEO/YENİLƏNİB)
Ölkə 16:46 09.12.2025

Suraxanıda evdə partlayış: Bir nəfər ölüb, bir nəfər xəsarət alıb (VİDEO/YENİLƏNİB)

Bu gün saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə Qaynarinfo-ya Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

"Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, partlayışda xəsarət alanlardan biri ölüb. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib:

"Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb".

13.23
 
Fövqəladə Hallar Nazirliyi Bakıxanov qəsəbəsində evdə baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

11.07
 
Bakıda evdə partlayış olub.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

10.37
 
Sabunçu rayonunda fərdi evdə partlayış olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Dağıntılar altında qalanların olduğu deyilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->