Xəbər lenti

Sürücülərin nəzərinə: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək
Ölkə 21:42 05.05.2026

Sürücülərin nəzərinə: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.

"Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.
--> -->