Xəbər lenti

Taekvondoçularımız Qran-Pridə iştirak edəcək
İdman 14:25 01.06.2022

Taekvondoçularımız Qran-Pridə iştirak edəcək

Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə 3-5 iyun tarixlərində keçiriləcək turnirdə milli komandanın beş üzvü iştirak edəcək.
 
Qaynarinfo xəbər verir ki, İtaliyanın Roma şəhərində baş tutacaq yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.

Komandamız, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə bu gün artıq Roma şəhərinə yola düşüb.
 
Qran-Pri yarışları il ərzində müvafiq olaraq İtaliya, Fransa, Böyük Britaniya və Çin-də keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->