Xəbər lenti

Dünya 17:13 28.02.2024

Tanınmamış Dnestryanı Rusiyadan "müdafiə" istədi

Tanınmamış Dnestryanı hakimiyyəti "respublikanın" deputatlarının qurultayı zamanı Moldovanın regionun "iqtisadi blokadası"na görə "ölkənin müdafiəsi" üçün Rusiyaya müraciət edən bəyannamə qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bundan əlavə, onlar BMT-nin baş katibinə, MDB Parlamentlərarası Assambleyasına, ATƏT-ə, Avropa Parlamentinə və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət qəbul ediblər. Deputatlar "Dnestrin sol sahilinin bütün sakinlərinin sosial və humanitar hüquq, mənafe və azadlıqlarının təmin edilməsini və münaqişənin genişlənməsinin qarşısının alınmasını" tələb edir və "5+2” danışıqlar formatına çağırırlar.

Deputatların müraciətində deyilir ki, Dnestryanı görünməmiş çağırışlar və təhdidlərlə üzləşib. Rusiya Dövlət Dumasına və Federasiya Şurasına yardım tələbi ilə müraciət göndərilib. 

Sənəddə qeyd olunur ki, Dnestryanıda daimi 220 min Rusiya vətəndaşı yaşayır.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?