Xəbər lenti

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi (FOTO)
Ölkə 14:55 13.04.2026

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi (FOTO)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.
 

--> -->