Xəbər lenti

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama yaydı
Ölkə 18:33 14.04.2024

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama yaydı

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->