İnsanların çoxu təhqirlə üzləşdikdə çaşqınlıq keçirir və nə cavab verəcəyini bilmir. Mütəxəssislərə görə, belə sözlər uzunmüddətli psixoloji izlər buraxa bilər. Lakin britaniyalı nevroloq Din Bernett bu vəziyyətdə ən təsirli cavabı tapdığını iddia edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Bernettin sözlərinə görə, ən yaxşı cavab - "Zəhmət olmasa, sakit ol, nənə” ifadəsidir. O hesab edir ki, bu cavab qarşı tərəfi daha aşağı statusda göstərir və onu gülüş hədəfinə çevirir.
Məsələn, biri saç düzümünüzlə bağlı mənfi fikir bildirəndə "Yaxşı, sakit ol, nənə” cavabı verilə bilər.
Nevroloq başqa cavab variantlarını da qeyd edib. Onlardan biri "sualı uşaqcasına izah etmək” üsuludur. Əgər kimsə deyirsə: "Mən başa düşmürəm, niyə sənin cəlbedici tərəfdaşın var”, cavab ola bilər: "İstəyirsən, sənə karandaşlarla izah edim?”
Başqa bir taktika isə "özünütənqidə yumor qatmaq”dır. Məsələn, kimsə "sən köksən” deyirsə, cavab belə ola bilər: "Ümid edirəm ki, eləyəm, bu görünüş üçün kifayət qədər pul xərcləmişəm”.
Bernettin vurğuladığına görə, bütün bu üsulların ortaq məqamı odur ki, təhqir edən şəxs siz üzərində güc əldə etməsin. Yəni cavab vermək təkcə özünü müdafiə etmək deyil, həm də vəziyyəti idarə etmək vasitəsinə çevrilir.
Aydın
Şərhlər