Xəbər lenti

Şamaxı
İdman 20:12 14.09.2025

Şamaxı" bu mövsüm ilk qələbəsini qazandı

Misli Premyer Liqasının IV turunda "Şamaxı" "Karvan-Yevlax"a qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib.

Qolları Alfons Msanqa (38) Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) vurublar.

Cari mövsüm ilk qələbəsini qazanan "Şamaxı" xallarının sayını 5-ə çatdırıb. "Karvan-Yevlax"ın hesabında 4 xal var.

Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->