Dünya 19:48 27.02.2024

Teleaparıcı həmkarının itməsi xəbərinə görə canlı yayımda ağladı

Avstraliyanın "The Project on Network 10" televiziya şousunun aparıcısı Sara Harris həmkarı Cessi Berdin yoxa çıxması xəbərinə görə efirdə ağlayıb.

Qaynarinfo xəbər verir ki, aparıcı bu xəbəri oxuyarkən göz yaşlarına boğulub.

"Keçmiş zamanda Cessi haqqında danışmaq mənim üçün çətindir. Çünki o, bizim üçün dost, kiçik qardaş kimi idi", deyə Harris bildirib.

Teleaparıcının sözlərinə görə, ötən həftə kanalın bütün əməkdaşları üçün çətin olub, çünki 26 yaşlı Berdin yoxa çıxması ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, polis onun öldürülə biləcəyinə inanır. Aparıcı bu sözləri deyəndə ağlamağa başlayıb.

arris qeyd edib ki, itkin düşən həmkarı həmişə sevdiklərinin qayğısına qalan, ailəsini sevən şən və mehriban bir insan olub. O, Berdin yaxınlarına başsağlığı verib.

Aydın