Xəbər lenti

Təranəni qızının atası həbs etdirib?
Ölkə 17:09 15.02.2023

Təranəni qızının atası həbs etdirib?

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova həbs edilib. 

DİN "Qafqazinfo”ya prodüserdən şikayət edən şəxsin musiqiçi olduğunu bildirsə də, söhbətin konkret kimdən getdiyini açıqlamamışdı.

Axşam.az-ın məlumatına görə, T. Səmədova bir müddət əvvəl həyat yoldaşı kimi təqdim etdiyi Rasim Həsənovun həbs olunduğunu açıqlamışdı. O iddia etmişdi ki, onunla bağlı şikayəti qızı Suelin atası, musiqiçi Abbas Səfərov verib.

"Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj olunub”, - deyən Təranə Abbasdan dəfələrlə şikayətini geri götürməsini istədiyini vurğulayıb. 

Qeyd edək ki, Abbas nağara ifaçısıdır və Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" ansamblında çalışır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->