ABŞ müğənnisi Teylor Svift bu yaxınlarda 12-ci studiya albomunu elan etmişdi və indi onun buraxılış tarixini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ulduz öz "Instagram" səhifəsində yeni albomunun "The Life of a Showgirl" adı ilə 3 oktyabr tarixində buraxılacağını bildirib.
Teylor eyni zamanda albom qapağını və trek siyahısını təqdim edib. Maraqlıdır ki, mahnılardan birində müğənni Sabrina Karpenterin də səsi eşidiləcək.
"Yeni albom "The Life of a Showgirl" 3 oktyabrda buraxılır. Albom prodüserləri: Maks Martin, Şellbek, Teylor Svift, Mərt Alas və Markus Piqott", deyə ifaçı yazıb.
Daha sonra Svift yeni albomu haqqında belə deyib:
"Bu albom, ən fırtınalı və parlaq turlarım zamanı pərdəarxası mənim daxili həyatımda baş verənlərdən bəhs edir. O, həyatımın ən dramatik dövründə yarandı və bu enerji mahnılarda hiss olunur".
Müğənni vurğulayıb ki, alboma 12 mahnı daxildir:
"Bu, çoxdan etmək istədiyim bir albomdur. Mən çoxlu mahnı yazmağa meyilliyəm, ona görə də çox sayda trekləri buraxmaq istəyi var. Amma mən hər şeyin qüsursuz birləşdiyi, keyfiyyətli bir albom yaratmaq istədim - 12-ci albomum üçün 12 mahnı. Əldə etdiyimizi düşünürəm".
Aydın
Şərhlər