Ekonomiks 13:21 27.12.2022

Tiflisə uçan təyyarə Bakıda eniş etməli oldu

Tiflis hava limanında güclü duman səbəbindən "FlyDubai” aviaşirkətinin Dubay-Tiflis marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.