"TikTok" sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs "TikTok"da "TeymurSalahov023" istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və məmurların ünvanına söyüşlər yazıb.
Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
Aydın
Şərhlər