Xəbər lenti

Tixanovskaya belaruslara çağırış etdi:
Video 19:15 24.06.2023

Tixanovskaya belaruslara çağırış etdi: "Belaruslular, siqnalımızı gözləyin..." (VİDEO)

Belarusun birləşmiş müxalifətinin lideri Svratlana Tixanovskaya Belarusu xilas etmək şansını əldən verməməyə çağırıb; Ukrayna tərəfindən döyüşən Kastusya Kalinovski adına alayının hərbçiləri və mülki şəxslərə "siqnal gözləyin” deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Tixanovskaya və Kastusya Kalinovski adına alay müraciətlərində bildiriblər.

"Putin Belarus ordusunu öz daxili münaqişəsinə cəlb etməyə çalışa bilər ki, bu, bizim də münaqişəmizə çevrilsin. Mən Belarus diplomatlarına, hərbçilərə və hüquq-mühafizə orqanlarının rəsmilərinə xatırlatmaq istəyirəm ki, bizim öz milli maraqlarımız var. Putin və Priqojin Belarusun dostu deyil. Onların tərəfini seçmək lazım deyil. Belaruslular öz ölkələrini müdafiə etməlidirlər.

İndi bütün belarusların əsas vəzifəsi öz ölkələrinin təhlükəsizliyini və suverenliyini qorumaqdır. Ölkəmizi Rusiyanın halından xilas etməkdir. İstənilən senariyə hazır olmalıyıq. Belarus ordusuna da müraciət edirəm: Rusiyanın Belarusu rahat buraxacağına ümid edə bilmərik. İndi Rusiya hərbçilərini ölkəmizdən çıxarmaq üçün ən yaxşı vaxtdır. Əgər biz bu şansı əldən versək, o zaman Rusiya Ukraynaya etdiyi kimi bizə də edəcək” – Tixanovskaya müraciətində bildirir.

Tixanovskaya Belarus və Rusiya arasındakı sərhədi bağlamağa çağırıb. O, həmçinin bildirib ki, bu gün o, demokratik strukturların nümayəndələrini, Kalinovski alayını və belaruslu könüllüləri qoşulmağa dəvət edərək Operativ Qərargah yaradıb.

Kalinovski alayı da müraciət dərc edib:

"Diktaturanın məhvi üçün lazımi şərait yaxınlaşır. Bu, böyük tiraniyanın sonunun başlanğıcıdır. Mən bütün Belarus hərbçilərinə müraciət edirəm: Rusiyanın daxili münaqişəsində iştirak etməyin, bu vətəndaş müharibəsinin bizə aidiyyatı yoxdur.

Belarusluların seçim etməli olduğu  vaxt yaxınlaşır: cinayətkar əmri icra etmək və ya Belarus xalqına sədaqət andını yerinə yetirmək.

Bizim Belarusda ehtiyat qüvvəmiz var, oraya hərbçilər və Belarusu işğaldan xilas etməyə hazır olan sıravi vətəndaşlar daxildir. Qətiyyətli addımlar atmaq üçün insanlara ehtiyacımız olacaq. Özünümüdafiə bölmələrinə qoşulun. Hər şəhər, hər küçə, öz ərazinizə nəzarət etməyə və asayişi qorumağa hazır olun.

Hərbçilər, ehtiyatda olanlar, belaruslular, siqnalımızı gözləyin.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->