Dünya 13:30 20.02.2024

Tom Kruz və rus siyasətçinin qızı münasibətlərin yeni mərhələsinə keçdi

Hollivud aktyoru Tom Kruz və onun yeni sevgilisi, rusiyalı keçmiş model Elsina Xayrova münasibətlərinin yeni mərhələsinə keçiblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbəyə istinadən Page Six məlumat yayıb.

İnsayderin dediyinə görə, 61 yaşlı Tom Kruz 36 yaşlı Elsina Xayrovanın rus oliqarx Dmitri Çvetkovla evliliyindən dünyaya gətirdiyi oğlu və qızı ilə tanış olub.

Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant işiylə məşğul olan oliqarsın keçmiş həyat yoldaşıdır. Tom Kruzun rus qadınla münasibəti ilə bağlı şayiələr ötən ilin dekabrında ortaya çıxıb. Aktyor və keçmiş model Londonda gizli görüşdə lentə alınıb. Jurnalistlərin dediyinə görə, Tom Kruz yeni sevgilisi ilə Hayd Parkdakı penthausda baş tutan bazar günü çay süfrəsində tanış olub. 

2023-cü ilin dekabrında Dövlət Dumasının keçmiş deputatı Rinat Xayrov qızının Tom Kruzla münasibəti ilə bağlı məlumatları təkzib edib. Keçmiş deputat bunun cəfəngiyyat olduğunu və "çirkli sifariş” olduğunu bildirib. Ancaq keçən həftə Tom Kruz sevgilisi ilə münasibətini açıqlayıb.

Alpər