ABŞ prezidenti Donald Trampın administrasiyası üzvlərinin ümumi sərvətinə görə ölkənin müasir tarixində ən varlı administrasiya olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika qəzeti "The Washington Post” məlumat yayıb.
Bu ilin mart ayına olan vəziyyətə görə, Donald Tramp administrasiyasında yer alan 12 milyarderin ümumi sərvəti 390 milyard dolları ötüb. Hesablamalara ABŞ prezidentinin öz sərvəti – 5,1 milyard dollar daxil edilməyib.
Nəşrin təhlilinə əsasən, Ağ Evdə təmsil olunan milyarderlər həyat yoldaşları ilə birlikdə təkcə 2024-cü il seçki kampaniyası dövründə Donald Trampa, Trampyönlü siyasi komitələrə və Respublikaçı Milli Komitəyə 52 milyon dollardan çox ianə ediblər. Eyni zamanda "SpaceX” şirkətinin qurucusu və ABŞ hökumətinin Effektivlik Departamentinin keçmiş rəhbəri İlon Mask 2024-cü ildə Donald Trampın və digər respublikaçıların dəstəklənməsinə 294 milyon dollardan çox vəsait xərcləyib.
İlon Maskdan başqa, sərvəti 342 milyard dollar qiymətləndirilən milyarder siyahısına ABŞ-ın ticarət naziri Hovard Lutnik (3,2 milyard dollar), təhsil naziri Linda Makmehon (3 milyard dollar), ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff (2 milyard dollar), Kiçik Biznes İdarəsinin rəhbəri Kelli Leffler (1,3 milyard dollar), "Airbnb”nin həmtəsisçisi və ABŞ-ın baş dizayneri Co Gebbia (8,3 milyard dollar), həmçinin sahibkar və DOGE-nin keçmiş məmuru Antonio Qrasias (2,2 milyard dollar) daxil edilib.
Donald Tramp administrasiyasında yer alan digər milyarderlər arasında ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertitta (11,3 milyard dollar), Kosta-Rikadakı səfir Melinda Gildebrand (7,7 milyard dollar), müdafiə nazirinin müavini Stiv Faynberq (5 milyard dollar), Böyük Britaniyadakı səfir Stivens Uorren (3,4 milyard dollar) və Qiymətli Kağızlar və Birjalar Komissiyasının sədri Pol Atkins (1,2 milyard dollar) da var.
"The Washington Post”un təhlilinə görə, əgər 2024-cü ildə İlon Mask və digər respublikaçıların töhfələri nəzərə alınmasa belə, Donald Tramp administrasiyasındakı milyarderlər həyat yoldaşları ilə birlikdə təkcə 2024-cü il kampaniyası zamanı Trampa, müvafiq komitələrə və Respublikaçı Milli Komitəyə 52 milyon dollardan çox vəsait köçürüblər.
Aydın
Şərhlər