Xəbər lenti

Dünya 15:54 29.02.2024

Tramp Macarıstanın baş nazirini iqamətgahına dəvət etdi - KİV

Yenidən ABŞ-ın liderliyi uğrunda mübarizə aparan keçmiş ABŞ prezidenti Donald Tramp martın 8-də Macarıstanın baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo kurortunda qəbul etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg planlarla tanış olan adı açıqlanmayan mənbəyə istinadən yazır

Görüş haqqında daha əvvəl The New York Times xəbər verib.

Macarıstanın Vaşinqtondakı səfirliyi, Trampın kampaniyası və ABŞ Dövlət Departamenti çərşənbə günü axşam şərh tələblərinə cavab verməyib.

Orban da Tramp kimi populist siyasətlər nümayiş etdirir və Avropada ifrat sağçı dirçəlişin lideri kimi tanınır.

Mar-a-Laqoda keçirilən görüş, Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinə və prezident Co Baydenə qarşı ehtimal olunan ümumi seçki revanşına yaxınlaşdıqca seçki kampaniyasında xarici siyasət məsələlərinə artan təsirini nəzərə çatdırır.

Keçən həftə Trampın köməkçiləri onun Argentina prezidenti, yeni seçilmiş populist Xavyer Mille ilə görüşünü təbliğ ediblər.

Son zamanlar Trampın açıqlamaları alyansın müttəfiqləri arasında böyük rezonansa səbəb olub. Seçki kampaniyalarından birində Tramp müttəfiqlərini NATO-nun kollektiv təhlükəsizliyinə ödəmələrini artırmağa məcbur etmək üçün onları "Rusiyanı o ölkələrə hücum etməyə təşviq etmək”lə hədələyib.

NATO baş katibi Trampdan çəkindirmə sistemini pozmamağı xahiş edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->