Xəbər lenti

Tramp Putinlə görüşməyə hazırdır: Rubio yeganə şərti açıqladı
Dünya 11:01 13.11.2025

Tramp Putinlə görüşməyə hazırdır: Rubio yeganə şərti açıqladı

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə yeni sammitə yalnız o halda razılıq verəcək ki, görüşün Ukraynadakı müharibəni dayandırmağa real köməklik göstərə biləcəyi şansı olsun.

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Kanadada keçirilən "Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərlə söhbətində bildirib

"Hər iki tərəf razılığa gəlib ki, prezidentlərimizin növbəti görüşü konkret nəticə verməlidir – biz bilməliyik ki, müsbət nəsə əldə etmək üçün real şans var”, – deyə Rubio qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton "sadəcə görüş xatirinə görüş keçirmək istəmir”.

Xatırladaq ki, oktyabr ayında Tramp telefon danışığından sonra Putinlə yeni sammit keçirmək niyyətində olduğunu bəyan etmişdi, lakin görüş baş tutmadı. Moskva sürətli dialoqa dair gözləntiləri azaldaraq eyni zamanda Ukraynaya hücumlarını davam etdirdi.

Bundan əvvəl Tramp Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmiş, ölkənin ən iri neft şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmişdi.

Budapeşt sammitinin pozulmasından sonra Putin "günah keçisi” tapdı. Bu şəxs Rusiya xarici işlər naziri Sergey Lavrov oldu. Lavrov Kremlin qəzəbinə tuş gəlib, çünki diplomatik uğursuzluqda məhz onun günahkar olduğu düşünülür.

Lavrov isə bildirib ki, Rusiya hələ də Budapeşt sammitinə hazırdır. O, sammitin guya Trampa təqdim olunan "arxa plan hesabatları” (yəni gizli məlumatlar) səbəbindən pozulduğunu iddia edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->