ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit Rusiyanın Ukraynaya dair tələblərində güzəştə getməkdən imtina etməsi səbəbindən ləğv edilib.
	
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” məlumatlı diplomatik mənbələrə istinadən 
yazıb. Bildirilir ki, Budapeşt sammitinin ləğvi qərarı ABŞ və Rusiya baş diplomatları arasında gərgin telefon danışığından sonra qəbul olunub.
	
Nəşrin qeyd etdiyinə görə, ləğvin səbəbi Moskvanın Vaşinqtona sərt şərtlər irəli sürdüyü memorandum göndərməsi olub — bu şərtləri Vaşinqton qəbul etməyə hazır olmayıb.
	
Qeyd edək ki, oktyabrın sonunda ABŞ Prezidenti Donald Tramp Putinlə Budapeştdə görüş keçirəcəyini elan etmişdi. O, dəqiq tarix açıqlamasa da, görüşün yaxın zamanda baş tutacağını bildirmişdi.
 
	
Lakin artıq oktyabrın 21-də Budapeşt sammitinin ləğv olunduğu məlum olub. ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında uğursuz telefon danışığından sonra hazırlıq prosesi dayandırılıb.
	
Macarıstanda isə bildiriblər ki, bu kimi açıqlamalar həqiqətə uyğun deyil və görüşə hazırlıq prosesi davam edir. XİN rəhbəri Peter Siyarto xüsusilə vurğulayıb ki, Tramp administrasiyası Vladimir Putinlə Budapeştdə sammit keçirmək ideyasından imtina etməyib.
	
Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna sülh danışıqlarına istənilən yerdə, o cümlədən Macarıstanda hazırdır — əgər bu danışıqlar real nəticə verəcəksə. Lakin bu ölkənin Baş naziri Viktor Orban Ukraynaya münasibətdə heç bir pozitiv yanaşma nümayiş etdirmir.
	
Alpər
             
            
Şərhlər