Xəbər lenti

Dünya 16:48 09.07.2022

Tunisdə islam yeni konstitusiya layihəsinə qaytarıldı, etirazlar qalxdı

Tunisin yeni konstitusiya layihəsindən islam dini çıxarıldığı halda, bu layihənin ən son düzəliş edilmiş variantında bu din bir daha "dövlət dini” kimi xatırlanır ki, bu da tunisli sekulyaristlərin və Beynəlxalq Amnistiya Təşkilatının etirazına səbəb olub.

Qaynarinfo bu barədə Azadlıq Radiosuna istinadən xəbər verir.

İyulun 17-də cümə günü axşam Tunis prezidenti Qais Səid bu ölkənin yeni konstitusiya layihəsinin yenidən işlənmiş variantını dərc edib.

Tunisdə prezidentə geniş səlahiyyətlər verən konstitusiya layihəsinin bu il avqustun üçüncü günündə referenduma çıxarılması planlaşdırılır.

Bu layihənin redaktə olunmuş variantında iki mübahisəli məsələ düzəldilib: biri İslamın mövqeyi, digəri isə vətəndaşların hüquq və azadlıqlarıdır.

Tunisin konstitusiya layihəsinin beşinci fəslində bu ölkənin "islam cəmiyyətinin bir hissəsi” olduğu və "hökumətin İslamın məqsədlərinə çatmaq üçün səy göstərməli olduğu” əlavə edilir.

İslamın Tunis konstitusiya layihəsinə qayıtması Tunisdə din və dövlətin açıq şəkildə ayrılmasını müdafiə edənlərin sərt tənqidi ilə üzləşib.

Amnesty İnternational insan haqları təşkilatı da konstitusiyanın bu maddəsinin Tunisdə "digər dini qruplara qarşı ayrı-seçkilik" üçün əsas ola biləcəyini açıqlayıb.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->