Xəbər lenti

Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
Dünya 14:22 11.04.2026

Türkiyə parlamentinin sabiq sədri vəfat etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra qapadılan Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.

1991-ci il parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Süleyman Dəmirəl prezident seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini icra edib.

Eyni zamanda Türkiyə siyasətində sağ mərkəzçilərin önəmli simalarından biri kimi tanınan H.Cindoruk qısa müddətdə prezident səlahiyyətlərini də icra edib.
--> -->