Xəbər lenti

Türkiyə XİN rəhbəri Putinlə görüşdü, ardınca Kiyevə gedəcək -
Dünya 17:07 27.05.2025

Türkiyə XİN rəhbəri Putinlə görüşdü, ardınca Kiyevə gedəcək - "Reuters" təfərrüatı açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Ukraynada müharibənin dayandırılması ilə bağlı səylər və Kiyev-Moskva arasında birbaşa təmaslardan sonra atılacaq növbəti addımlar müzakirə olunub. Moskvadan sonra Fidan Kiyevə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

"Görüş zamanı Putin və Fidan Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması məqsədilə son vaxtlar irəli sürülən təşəbbüsləri və İstanbulda keçirilmiş danışıqlardan sonra yaranmış vəziyyəti müzakirə etdilər”, – deyə mənbə bildirib.

Fidan Moskvaya iki günlük səfər edib. Bazar ertəsi o, Putin və Rusiya tərəfinin baş danışıqları aparan nümayəndəsi Vladimir Medinski ilə görüşüb. Çərşənbə axşamı isə onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır.

Mənbənin sözlərinə görə, danışıqlarda iqtisadi və enerji məsələləri də müzakirə olunub. Kreml bildirib ki, əsas diqqət ikitərəfli münasibətlərə yönəlsə də, Ukraynada vəziyyət də gündəmdə olacaq.

NATO üzvü olan Türkiyə daha əvvəl dəfələrlə sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Fidanın səfəri ərəfəsində bir türk diplomatik mənbəsi təsdiqləyib ki, nazir Ankaranın bu təklifini bir daha təkrarlayacaq:

"Fidan Ankara tərəfinin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu yenidən vurğulayacaq və vasitəçi rolunu davam etdirmək niyyətindədir”.

Gözlənilir ki, Moskvadakı görüşlərdən sonra Hakan Fidan Kiyevə yola düşəcək, burada Ukrayna rəsmiləri ilə görüşlər keçirərək İstanbulda başlayan dialoqu davam etdirəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->