COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.
	
"Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi brifinqdə deyib.
 
	
O bildirib ki, koronavirus tam olaraq bitməyib və gələcəkdə də davam edəcək:
	
”Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır. Qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir”.
             
            
Şərhlər