Mediada Ukraynanın qanadlı "Flaminqo” raketinin buraxılışını göstərən video dərc olunub. Jurnalistlər iddia ediblər ki, zərbələr müvəqqəti işğal olunmuş Krımdakı hədəflərə endirilib, lakin əvvəllər hücumun başqa Ukrayna raketləri – "Uzun Neptunlar” vasitəsilə həyata keçirildiyi güman edilirdi. Eyni zamanda hərbi ekspert Mixail Jiroxov bu məlumatın doğruluğuna şübhə ilə yanaşır:
"Mənim fikrimcə, məlumat tapmaq çox çətindir. Üstəlik, "Flamingo”nun zərbə endirməsi ilə "Uzun Neptun”un zərbə endirməsini (faktla) təsdiqləmək çətindir - düşünürəm ki, peyk görüntülərində onlar çox oxşar olacaq. Buna görə də aydındır ki, indi biz yalnız ehtimallar qura bilərik və hər kəsin öz fərziyyəsi olacaq”.
Qaynarinfo xəbər verir ki, ekspert bu haqda "Radio NV"nin efirində şərh verib.
Jiroxov əlavə edib ki, "Flaminqo” artıq seriyalı istehsalata buraxılıb.
"Amma onların istifadəsi ilə bağlı qəti anlayışımız hələ yoxdur. Mənim fikrimcə, hələ ki, belə fakt olmayıb. Lakin düşünürəm ki, yaxın vaxtlarda onların istifadəsinə dair daha güclü sübutlar görəcəyik”, deyə ekspert əmin edib.
"Flaminqo” (FP-5) Ukraynanın yeni uzaqmənzilli raketidir və "Fire Point” şirkəti tərəfindən hazırlanıb. İlk dəfə 2025-ci ilin avqustunda ictimaiyyətə təqdim edilib, bundan sonra seriyalı istehsalın başladığı elan olunub.
Eyni zamanda aviasiya eksperti Konstantin Krivolap Ukrayna raketi "Flaminqo”nun uğur sirrini izah edib. Onun sözlərinə görə, yeni raketin gələcək uğuru ondadır ki, ruslar onun haqqında çox az şey bilirlər.
"Çoxlu ekspertlər qeyd edirlər ki, Ukrayna hibrid aviasiyada lider olmaq potensialı nümayiş etdirir. Bu, sadəcə hansısa formada deyil, məhz hibrid aviasiyadır: aviasiya, pilotsuz sistemlər, eyni idarəetmə və naviqasiya prinsiplərinə malik raket silahlarının imkanlarının birləşməsi. Bu, təyyarələrlə dronların ənənəvi sintezi və süni intellektin çox əhəmiyyətli istifadəsidir”, deyə Krivolap vurğulayıb.
Alpər
Şərhlər