Xəbər lenti

Dünya 16:32 04.03.2024

"Ukrayna sözsüz ki, Rusiyadır" - Medvedev

"Ukrayna, sözsüz ki, Rusiyadır” və əks anlayış həmişəlik yox olmalıdır. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birincilər” marafonunda bildirib.

Onun sözlərinə görə, Rusiyanın sərhədlərinin hazırda harada və necə müəyyən edildiyini, onların əsrlər boyu nə qədər dəyişdiyini və gələcəkdə necə ola biləcəyini anlamaq vacibdir. O bildirib ki, bu məsələlər "o qədər də birmənalı deyil". 

"Bütün rəqiblərimiz sadə həqiqəti qətiyyətlə və əbədi olaraq başa düşməlidirlər: Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji tarixi sərhədlərinin tərkib hissəsidir, ona görə də onları zorla dəyişdirmək, onları tez bir zamanda kəsmək cəhdləri məhvə məhkumdur”, - Dmitri Medvedev bildirib. 

O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, ölkənin sərhədləri "heç bir yerdə bitmir”. Sədr müavini həmçinin bildirib ki, Rusiyanın sərhəd siyasəti "bizə başqasının torpağı lazım deyil, amma öz torpağımızdan da əl çəkməyəcəyik” prinsipinə əsaslanır.

Dmitri Medvedev Ukrayna ərazisində hərbi əməliyyatı "xüsusi hal” adlandırıb və burada söhbətin işğal yolu ilə ölkənin sərhədlərini genişləndirməkdən getmədiyini bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar "Bandera rejiminin və kollektiv Qərbin rusofob siyasətinə” məcburi cavab olub.

Onun sözlərinə görə, sülh danışıqları yalnız "yerdə reallıqları” qəbul edən yeni Ukrayna rəhbərliyi ilə mümkündür. O qeyd edib ki, Rusiya "öz torpaqlarından heç vaxt imtina etməyəcək”.

"Fikrimcə, bəzi yeni insanlarla danışıqlar onların cəsur silahlı qüvvələrimizin hərəkətləri nəticəsində yerdə yaranmış reallıqları dərk etdikdə mümkündür", - Medvedev bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->