Dünya 11:25 16.11.2022

Ukraynada azərbaycanlı polkovnik-leytenant həlak oldu (FOTO)

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub.

Bu barədə Qaynarinfo-ya Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub. Peşəkar hərbçi olan 32 yaşı olan Samir Rüstəmov 2014-cü ildən döyüşlərdə iştirak edib. Xarkovda döyüş tapşırığını yerinə yetirərkən maşında minaya düşərək həlak olub. O, dünən Xarkov şəhərində torpağa tapşırılıb.

Soydaşımızın atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. 
 
Aydın