Xəbər lenti

İdman 13:27 27.08.2022

Ukraynalı idmançıdan rekord - ən sürətli nokauta imza atdı (VİDEO)

Ukraynalı MMA döyüşçüsü Boqdan Qnidko son çıxdığı rinqdə rekorda imza atıb. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yüngül çəkidə "Pitbull" ləqəbli idmançı rəqibini çox sürətli şəkildə nokaut edib.

Polşanın Varşava şəhərindəki Cos Torvarda Qnidko 8-ci "pro" döyüşünə çıxıb. Onun rəqibi polşalı Damian Pivovarczik olub. Ukraynalı idmançı döyüşə start veriləndən dərhal sonra rəqibinə hücum edərək ilk zərbəsində onu nokauta salıb. Hər şey o qədər sürətlə baş verib ki, hakim qəfəsin mərkəzinə doğru çətinliklə bir addım ataraq huşunu itirib yerdə qalan idmançıya aramsız zərbələr endirən Qnidkonu qarşısını ala bilib. 

Yarış təşkilatçıları rəsmi şəkildə Qnidkonun rəqibini 5 saniyəyə nokaut etdiyini qeydə alıb. Bu isə KSW tarixində ən sürətli nokaut olub.
 


Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?