Dünya 14:12 21.05.2022

Ukraynanı nə qədər əsgər müdafiə edir?

Bu gün müharibədə Ukraynanı 700 min əsgər müdafiə edir.

Qaynarinfo Pravda.com-ua-ya istinadla xəbər verir ki, bunu Prezident Vladimir Zelenski ukraynalı jurnalistlərə müsahibəsində deyib.

"Bu gün bu rəqəm 700 mindir - 700 min döyüşən insanın əməyinin nəticəsini görürsünüz. 700 min", - o deyib.

Zelenski əlavə edib ki, bu sayda insan və texnika bütün ölkəyə səpələnib.

Prezidentin sözlərinə görə, Ukrayna kimi bir ölkəyə 250,000 və ya 260,000 (döyüş qoşunu isə 120000 olub – prezident dəqiqləşdirib) yox, daha çox ordu lazımdır. Buna görə də 2022-ci ilin əvvəlində o, növbəti il üçün silahlı qüvvələrin 100 min nəfər artırılması haqqında fərman imzalayıb. Eyni zamanda, prezident hesab edir ki, hətta bu əlavə 100 min də Rusiyanın tammiqyaslı hücumunu dayandıra bilməzdi. 

Alpər