XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Neft axtarırdılar, amma... - Yerin altından çıxan su kəndin taleyini əbədi olaraq dəyişdi
Dünya18:23 26.08.2026

Neft axtarırdılar, amma... - Yerin altından çıxan su kəndin taleyini əbədi olaraq dəyişdi

Macarıstanın Heveş bölgəsində yerləşən Egersalok kəndi artıq 60 ildən çoxdur ki, geoloqların təsadüfi kəşfi sayəsində inkişaf edir.

Qaynarinfo Termalonline.hu saytına istinadən xəbər verir ki, 64 il əvvəl neftçilər burada neft axtarışı apararaq kəşfiyyat quyusu qazıblar. Lakin gözlənilmədən yerin altından neft əvəzinə temperaturu 65 dərəcə olan isti kükürdlü su fontan vurub.

Yerli "Nepujsag" qəzeti 26 may 1962-ci ildə “Egersalok yaxınlığında 65 dərəcəlik kükürdlü su tapıldı” başlığı ilə çıxıb. Məlumata görə, mənbə dəqiqədə 1500 litr su verib və Eger şəhərindən bir neçə kilometr aralıda yerləşən mənzərəli şam meşəsinin ortasında üzə çıxıb.

Əvvəlcə quyu bağlansa da, sonradan yenidən açılıb və həmin vaxtdan su fasiləsiz axmağa başlayıb. Yerli sakinlər qısa müddətdə suyun bel və oynaq problemləri olan insanlara fayda verdiyini düşünüblər. Xəbər sürətlə yayılıb: əvvəlcə ətraf kəndlərdən insanlar buraya çimməyə gəlib, daha sonra isə Macarıstanın müxtəlif bölgələrindən ziyarətçilər axışmağa başlayıb. Bu gün Egersaloka dünyanın müxtəlif yerlərindən turistlər gəlir.

Yamac boyunca axan su illər ərzində əhəng və duzlardan ibarət ağ təbəqə yaradıb. Nəticədə bölgənin məşhur “Duz təpəsi” formalaşıb.

Gözəl mənzərə ilə mineral suyun bir araya gəlməsi Egersaloku sağlamlığını bərpa etmək istəyənlər arasında məşhur məkana çevirib.

Suyun müalicəvi xüsusiyyəti yalnız 1990-cı illərin əvvəllərində rəsmi şəkildə tanınıb. 1992-ci ildə həkimlər oynaq problemləri olan xəstələrin iştirakı ilə araşdırma aparıblar. Nəticələrin müsbət olduğu bildirildikdən sonra mənbəyə rəsmi olaraq müalicəvi su statusu verilib.

Egersalok suyunun hansı problemlərdə faydalı olduğu bildirilir?

* Yaş və ya fiziki yüklənmə nəticəsində oynaqların aşınması;

* bel və kürək ağrıları;

* xəstəliyin sakitləşdiyi dövrdə oynaq iltihabları;

* sümük və onurğa əməliyyatlarından sonra bərpa prosesi.

Bu vannalar həmçinin qadın xəstəlikləri ilə bağlı iltihablar, psoriaz və ekzema zamanı da tövsiyə olunur. Həkimlərin sözlərinə görə, sağlamlığa müsbət təsir edən yalnız mineral su deyil, təbiət qoynunda sakit istirahət də ola bilər.

Egersalokda bu sudan böyük “Saliris” kompleksində, eləcə də daha sadə və münasib qiymətli “Nostalgiya Strandfürdyo” hamamında istifadə etmək mümkündür.

Aydın