XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ən dəbli məşhurlar açıqlandı: Roma Papası siyahıda (FOTO)
DƏB16:01 26.08.2026

Ən dəbli məşhurlar açıqlandı: Roma Papası siyahıda (FOTO)

2026-cı ilin ən orijinal geyinən 10 məşhuru açıqlanıb

"Vanity Fair" 2026-cı ilin ən fərqli və orijinal geyim tərzinə malik 10 məşhurunu seçib.

Qaynarinfo xəbər verir ki, siyahıda musiqiçilər, aktyor, sənət adamları və hətta Roma Katolik Kilsəsinin rəhbəri - Papa XIV Lev də yer alıb.

Nəşrin hazırladığı siyahıya Spike Li, Alisa Liu, Telma Qolden, Kolbi Muqrabi, Hilton Als, Papa XIV Lev, Sandi Povell, Rosalia, Yseult və Björk daxil edilib.

"Vanity Fair" bu şəxsləri birləşdirən əsas xüsusiyyətin moda sahəsində özünəməxsus üsluba və fərqli baxışa sahib olmaları olduğunu qeyd edib.

Siyahıda kimlər var?

* Spike Li – Rejissorun ən yaddaqalan obrazlarından biri Louis Vuitton tərəfindən hazırlanmış, basketbol toru formasında çanta və basketbol topu ilə tamamlanan geyim olub. Onun əsas “moda imzası” isə Nyu-York Knicks komandasına olan bağlılığıdır.

* Alisa Liu – Olimpiya fiqurlu konkisürəni insan əzələlərini və buz üzərində konkilərin yaratdığı dalğaları xatırladan həcmli ətəyi olan Louis Vuitton libası ilə seçilib.

* Telma Qolden – Harlem Studio Muzeyinin direktoru parlaq rənglərdən və cəsarətli naxışlardan istifadəsi ilə fərqlənir.

* Kolbi Muqrabi – "Marc Jacobs" imzalı, kağız kuklanı xatırladan və illüziya effekti yaradan libası ilə siyahıya düşüb.

* Hilton Als – Yazıçı klassik köynək, boz sviter və xəz detallı qara pencəyi ilə diqqət çəkib.

* Papa XIV Lec – Moda siyahısına daxil edilən ən qeyri-adi adlardan biridir. O, papa olmamışdan əvvəl krem rəngli geyimini Nike idman ayaqqabıları ilə tamamlaması və sonradan beysbol papaqları taxması ilə seçilib.

* Sandi Povell – Kostyum dizaynerinin üçölçülü, strukturlaşdırılmış damalı pencəyi onun ən yadda qalan geyimlərindən biri kimi göstərilib.

* Rosalia – Sean Makqirr tərəfindən hazırlanan çiçək naxışlı, kəsikli "Alexander McQueen" libası ilə seçilib. Nəşr onun qeyri-adi geyimləri belə rahat və seksual göstərməyi bacardığını vurğulayıb.

* Yseult – Harris Rid tərəfindən xüsusi hazırlanmış, qızılı parıltılı korsaj və drapeli yaxadan ibarət ansamblı ilə siyahıya daxil olub.

* Björk – Luis Trotter tərəfindən "Bottega Veneta" üçün hazırlanmış, toxunma saçaqlardan ibarət qeyri-adi palto və "Shinji Konishi"nin tülkü başlığı ilə seçilib. Nəşr xüsusilə Björkün bu yay Venesiya Biennalesində çəhrayı fiberglas "Bottega Veneta" paltosu ilə çıxışını onun illərdir davam edən özünəməxsus moda üslubunun nümunəsi kimi göstərib.

Beləliklə, "Vanity Fair"in siyahısında klassik Hollivud üslubundan çox, cəsarətli, eksperimental və gözlənilməz moda seçimləri ön plana çıxarılıb.

Aydın