Xəbər lenti

Şuşada 3,6 milyonluq cari təmir işləri aparılacaq
Ekonomiks 14:50 05.06.2026

Şuşada 3,6 milyonluq cari təmir işləri aparılacaq

Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərində 43 ədəd fərdi yaşayış evində cari təmir işləri (I mərəhələ) həyata keçiriləcək. 

Qaynarinfo-nun məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təmir işləri ilə bağlı "Fərid-İnşaat” Firması ilə satınalma müqaviləsi imzalayıb. 
Müqavilənin maliyyə dəyəri 3 655 042,77 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Fərid-İnşaat” şirkəti 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 6/33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Sübhan Ələsgər oğludur.

Seyid
--> -->