Xəbər lenti

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı
Ölkə 21:28 21.01.2026

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

"Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb”.

Qaynarinfo xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.
--> -->