Siyasət 16:12 22.02.2023

“Vardanyan variantı” iflasa uğradı” - Politoloq

"Ekofəallarımız 73 gün ərzində Vardanyanı birmənalı şəkildə çökdürdülər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın "Joxovurd” nəşrinin fevralın 23-də Ruben Vardanyanın "vəzifəsindən" azad ediləcəyilə bağlı məlumatı şərh edərkən deyib.

"Hazırda Qarabağ separatçılarının lideri Araik Arutyunyan evcik-evcik oynayan uşağa bənzəyir. Bu ölmüş adamın son hıçqırtılarıdır. Orada Vardanyanın və yaxud digər yanın olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Onun yerinə əldəqayırma qurumun "prokuroru” olan Mersesyanı gətirəcəklər. Olmayan dövlətdə hansı nazirdən söhbət gedir?! Ona görə də bu daha çox daxili ictimaiyyətə hesablanmış açıqlamalardır. 

Ermənilərin hamısı bədbəxtdir, burada ağıllı adam yoxdur. Vardanyanın Azərbaycanda qeydiyyatı yoxdur. O biznes layihəsinin tərkib hissəsi olaraq reseptlə gəlmişdi. Vardanyanı ekofəallarımız 73 gün ərzində birmənalı şəkildə çökdürdülər. Ümumiyyətlə, Vardanyan bir füqur olaraq çoxdan öz mövqeyini itirib. Ermənilər yıxılıblar, indi də özləri-özlərini kəsməklə məşğuldurlar. Ona görə də belə məsələlərə ciddi fikir vermək lazım deyil”, deyə ekspert bildirib.

Qeyd edək ki, Ermənistanın "Joxovurd” nəşri Ruben Vardanyanın Qarabağdan gedəcəyi tarixi açıqlayıb. Nəşrin məlumatına görə, fevralın 23-də separatçıların lideri Arayik Arutyunyan xüsusi müraciətlə çıxış edəcək və bu zaman o, Ruben Vardanyanın "dövlət naziri” vəzifəsindən azad ediləcəyini elan etmək niyyətindədir. 

Rüfət Sultan