Niderlandın vəliəhd şahzadəsi Amaliya ehtiyatda olan hərbçi kimi təlim keçəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "NL Times" nəşri məlumat yayıb.
Məlumata görə, şahzadə artıq Amsterdam Universitetində siyasət, psixologiya, hüquq və iqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi əldə edib. Amaliya Amsterdamdakı hərbi təhsil müəssisəsi olan "Defensity College"də təlim keçəcək.
"Şahzadə "Defensity College"də təlim keçəcək. O, artıq bu barədə müraciət edib və qəbul olunub", deyə nəşrdə qeyd edilir.
Lakin şahzadə yaxınlarda qolunu sındırdığı üçün dərhal bütün fiziki təlimlərdə iştirak edə bilməyəcək. İyun ayının əvvəlində atdan yıxılan Amaliya qolunu sındırıb.
Aydın
Şərhlər