Xəbər lenti

Ekonomiks 19:09 01.07.2025

"White House" restoranında 105 manatlıq oğurluq

"White House" restoranında oğurluq baş verib. 

Qaynarinfo xəbər verir ki, restoranın kassa aparatından 100 manat pul, 3 manat 50 qəpik dəyərində telefon sarjı və 1 ABŞ dolları götürülüb.

Restoranın rəhbərliyi əvvəlcə işçilərdən şübhələndiyi üçün dərhal polisə məlumat verilməyib. İşçilərin hadisədə heç bir rolunun aydın olmaması üzə çıxdıqdan sonra oğurluq haqqında aidiyyatı üzrə polis bölməsinə məlumat verilib. 

Polis əməkdaşları qısa müddət ərzində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, hadisəni Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan Natiq (ad şərtidir) adlı şəxs törədib. O, istintaqa ifdəsində bildirib ki, restoranın yaxınlığndan keçərkən dibçəyin altında açar olduğunu görüb. Həmin açarı götürərək restoranın qapısını açıb və kassadan 100 manat pul, 1 ABŞ dolları və telefon sarjı götürüb. 

Natiqə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Cinayət işinin məhkəmə istintaqı Xətai Rayon Məhkəməsində aparılıb. Natiq verilmiş ittiham üzrtə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldıığı 6 ay 21 gün 1 günə 2 gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 10  ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->