Xəbər lenti

Dünya 09:56 15.12.2023

Venesuela və Qayana müharibə etməyəcək

Qayana və Venesuela mübahisəli Essequibo bölgəsindəki vəziyyəti güc tətbiq etmədən müzakirə etməyə razılaşıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə iki ölkə liderləri arasında danışıqların yekunlarına dair birgə bəyanatda qeyd edilir.

Tərəflər 1966-cı il Cenevrə razılaşmasına uyğun olaraq fikir ayrılıqlarını həll edəcəkləri barədə razılığa gəldilər.

Venesuela prezidenti Nikolas Maduro bununla bağlı deyib: "Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir şəraitdə, o cümlədən hər iki dövlət arasında mövcud olan hər hansı fikir ayrılıqlarından irəli gələn şərtlərdə bir-birini təhdid etməyəcək və güc tətbiq etməyəcək".

Maduro və Qayana prezidenti İrfaan Əli də Essequibo məsələsində qarşılıqlı əlaqə yaratmaq üçün xarici işlər nazirləri səviyyəsində komissiya yaratmaq barədə razılığa gəliblər. Tərəflər cümə axşamı, dekabrın 14-də Karib dənizindəki Sent Vinsent adasında görüşüblər.

Qeyd edək ki, dekabrın 4-də Venesuelada rerendum keçirilib. Ölkə vətəndaşlarının 95%-i referendumda hakimiyyətin qonşu Qayananın bir hissəsi olan neftlə zəngin Essequibo bölgəsini ilhaq etmək təklifini dəstəkləyib.

Referendum 160 min kv.km ərazisi olan Qayananın qərb hissəsində yerləşən Essequibonun kimə məxsus olması ilə bağlı münaqişənin yeni mərhələsinin başlanğıcını göstərir. Orada ingilis və yerli dillərdə danışan təxminən 200.000 qayanalı yaşayır. 2015-ci ildə "ExxonMobil" onun sahillərində neft aşkar edib. 

1966-cı il fevralın 17-də Venesuela və Qayana Cenevrə müqaviləsini imzalayıblar. Sazişə əsasən, bölgədəki ərazi mübahisələrinin həllində Qayana Britaniya imperiyasının varisi kimi tanınıb. 

Beynəlxalq ictimaiyyət daha əvvəl də Essequibonu Qayananın bir hissəsi kimi tanıyıb. Məsələn, 1899-cu ildə Paris Arbitraj Məhkəməsi Essekibo ərazisini Qayananın bir hissəsi kimi tanıyıb. Venesuela hakimiyyəti bu qərarın ləğv edilməsini istəyir. Qayana 1899-cu il qərarının təsdiqini tələb etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->