Xəbər lenti

Rusiya Suriya üçün yeni pullar çap edəcək
Dünya 17:22 22.08.2025

Rusiya Suriya üçün yeni pullar çap edəcək

Suriya milli valyutası olan funtun kəskin dəyər itirməsi fonunda hökumət yeni əskinaslar buraxmağa hazırlaşır. Yeni pullarda iki sıfır silinəcək. Çap işlərinin Rusiya ilə razılaşdırıldığı bildirilir.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu addımın əsas məqsədi ictimaiyyətin etimadını bərpa etmək və 14 illik müharibədən sonra dəyərini 99 faizdən çox itirmiş Suriya funtunu möhkəmləndirməkdir. Müharibədən əvvəl 1 ABŞ dolları 50 funt təşkil edirdisə, hazırda bu göstərici təxminən 10 min funta çatıb.

Valyutanın dəyərsizləşməsi gündəlik əməliyyatları və pul köçürmələrini olduqca çətinləşdirib. İnsanlar ərzaq alış-verişini adətən yarım kiloqramdan artıq olan, 5000-lik əskinaslarla dolu paketlərlə həyata keçirirlər.

"Reuters"in əldə etdiyi sənədlərə əsasən, Suriya Mərkəzi Bankı avqustun ortalarında özəl banklara yeni valyutanın buraxılacağı barədə məlumat verib. İki bank nümayəndəsi və məsələyə yaxın mənbələr təsdiqləyiblər ki, Suriya artıq Rusiyanın dövlət pul çap müəssisəsi olan "Qoznak" ilə müqavilə bağlayıb. Razılaşmanın iyulun sonunda Moskvaya səfər edən yüksək səviyyəli suriyalı nümayəndə heyətinin gedişindən sonra rəsmiləşdirildiyi qeyd olunur.

Yeni əskinasların dövriyyəyə buraxılması hökumətə nağd pul üzərində daha ciddi nəzarət imkanı verəcək. Eyni zamanda, bu addımın siyasi simvolizmi də var: yeni pullar, Assadi ailəsinin beş onillikdən çox davam edən hakimiyyəti ilə vidanı ifadə edir. Hazırkı 2000-lik əskinaslarda Bəşər Əsədin, 1000-liklərdə isə onun atası Hafizin şəkli əks olunub.

Qeyd edək ki, Kreml uzun illər Əsəd rejimini dəstəkləyib və Suriyada ən dağıdıcı hərbi əməliyyatlar həyata keçirərək, xüsusilə Hələbi məhv edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->