Xəbər lenti

Dünya 22:14 13.07.2023

"Vivamed"in direktoru Saakaşvilinin həbsxanaya köçürülməsini istisna etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin müalicəsi davam edəcək və o, cəzasını çəkmək üçün hələlik həbsxanaya qaytarılmayacaq. 

Qaynarinfo xəbər verir ki, bunu "Vivamed” klinikasının direktoru Zurab Çxaidze polşalı həkimlərin müayinəsi ilə bağlı jurnalistlərə müsahibəsində bildirib.

Bir gün əvvəl Ədliyyə Nazirliyinin penitensiar idarəsi bildirib ki, Saakaşvilinin vəziyyəti yaxşılaşıb, ona görə də cəzasını çəkmək üçün yenidən həbsxanaya köçürülə bilər.

Çxaidze iyulun 13-də jurnalistlərə deyib ki, cənab Saakaşvilinin çəkisində artım olsa da, onun vəziyyəti "diqqət tələb edir” və onun həbsxanaya köçürülməsi üçün heç bir əsas yoxdur. 

"Polşalı həkimlər xəstəni müalicə etmək taktikamızla tam razılaşıblar", - "Vivamed” klinikasının direktoru qeyd edib. 

Xatırladaq ki, iyulun 13-də Polşanın baş naziri Mateuş Moravetski iki cinayət işi üzrə 6 il həbs cəzası çəkən Mixail Saakaşvilini Gürcüstana müayinə etmək üçün həkimlərin göndərilməsi təşəbbüsü ilə çıxış edib. "Biz dostları çətin vəziyyətdə qoymuruq. Həkimlər mənim xahişimlə Gürcüstana getdilər”, - Moravetski bildirib. Səfər zamanı polşalı həkimlərə Aİ-dən mandat və səlahiyyətlər verilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->