ABŞ İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra İranla yenidən genişmiqyaslı müharibəyə başlamaq həddinə çatıb.
"Report" xəbər verir ki, bu barədə The Washington Post mənbələrə istinadən yazıb.
Ağ Evdə aparılan müzakirələrlə tanış olan ABŞ rəsmilərindən birinin sözlərinə görə, Vaşinqton İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi imkanını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, Pentaqon Yaxın Şərqdə döyüş aviasiyasının sayını artırır. Bununla yanaşı, hava hücumundan müdafiə vasitələrinin və uzaqmənzilli sursat ehtiyatlarının azalması, həmçinin döyüş itkiləri səbəbindən əlavə qoşun və aviasiyanın bölgəyə göndərilməsi imkanlarının məhdudlaşması əməliyyatların daha da genişləndirilməsini çətinləşdirə bilər.
Mənbələrdən biri bildirib ki, ABŞ-ın əməliyyatları təhlükəsiz şəkildə davam etdirmək üçün kifayət qədər resursu yoxdur.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı yeni zərbə dalğasının başladığını açıqlayıb.
Şərhlər