Fələstinin HƏMAS hərəkatı Xəlil əl-Həyyəni siyasi bürosunun yeni rəhbəri seçib.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında yayılan bəyanatda bildirilib.
"Əl-Hadat" telekanalının məlumatına görə, siyasi büro rəhbərinin seçkiləri iyulun 18-də Qəzza zolağında keçirilib.
Xəlil əl-Həyyə bundan əvvəl hərəkatın diplomatik qanadına rəhbərlik edib və Qəzza sektoruna cavabdeh olub. O, 2025-ci ilin sentyabrında İsrailin Dohaya endirdiyi zərbə zamanı sağ qalıb.
HƏMAS-ın əvvəlki lideri Yəhya Sinvar 2024-cü ilin oktyabrında İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbə nəticəsində həlak olmuşdu.
Bundan sonra hərəkat beş nəfərdən ibarət kollegial şura tərəfindən idarə olunurdu. Şuraya Məhəmməd Dərviş rəhbərlik edirdi.
Aydın
Şərhlər