Xəbər lenti

Selena Qomes sağalmaz xəstəliyin çətinliklərindən danışdı
Sənət 17:16 10.09.2025

Selena Qomes sağalmaz xəstəliyin çətinliklərindən danışdı

Məşhur amerikalı müğənni və aktrisa Selena Qomes uzun illərdir yaşadığı lupus xəstəliyinin gündəlik həyatına necə təsir etdiyini bölüşüb.

Qaynarinfo-nun məlumatına görə, 33 yaşlı ulduz bildirib ki, bu xroniki xəstəlik səbəbindən barmaqlarında artrit yaranıb. Lupus zamanı immun sistemi bədənin öz toxumalarına hücum edir və dəri, oynaqlar, böyrəklər, ağciyərlər və ya ürək kimi orqanları zədələyə bilir.

"Barmaqlarımdakı artrit lupusa görədir", deyə Qomes aktrisa Emi Polerlə birgə iştirak etdiyi podkastda etiraf edib.

O, həmçinin gündəlik həyatda qarşılaşdığı ağrılı vəziyyəti də yada salıb: "Bir dəfə su şüşəsini açmağa çalışırdım və bu, inanılmaz dərəcədə ağrılı oldu, çünki hələ lazımi dərmanlarım yox idi".

Qomesə lupus diaqnozu 2013-cü ildə qoyulub. Xəstəliyin tam müalicəsi olmasa da, sənətçi müxtəlif tibbi vasitələrlə vəziyyətini nəzarətdə saxlamağa çalışır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->